- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycan seçməsi millətlər liqasında Slovakiyanın Trnava şəhərində meydan sahibləri ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, oyundan öncə baş məşqçimiz Canni de Byazi bunu deyib:
“Komandada yaxşı atmosfer var. Ümid edirəm, oyundan sonra da yaxşı olacaq. Öz oyunumuz haqda düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Hər şey bizdən asılıdır. Ən əsası, rəqibdən qorxmamalıyıq. Son 4 matçda göstərdiyimiz oyuna nəzərən, daha az xal toplamışıq. Sabah əldə olunacaq imkanlardan istifadə edərək daha yaxşı nəticə qazanmaq niyyətindəyik. Rəqibə necə çətinlik yaradacağımızı bilirik.
Qara Qarayev nəyə görə milli komandaya dəvət olunmadığını bilir. O ki qaldı mənim müqaviləmin başa çatmasına, düşünmürəm ki, son iki oyun yekun qərar vermək üçün həlledici olsun. Əlbəttə, yekun qərarı AFFA verəcək. Qərar nə olursa-olsun, biz əvvəlkitək dost münasibətimizi davam etdirəcəyik”.