- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

“Ağ-qaralar” transfer işlərini davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu dəfə milli komandamızın sabiq üzvü Qara Qarayevlə 2+1 il şərtli müqavilə bağlanıb. 30 yaşlı dayaq yarımmüdafiəçisi komandamızın heyətində 2 nömrəli geyimdə çıxış edəcək.
O, karyerası ərzində yalnız “Qarabağ” klubunda oynayıb. 2008-ci ildən bu yana 9 dəfə Azərbaycan çempionatının, 5 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandamızın heyətində 76 oyun keçirib.
“Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayevi, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi, həmçinin mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matiası və macarıstanlı Mark Tamaşı transfer edib.