- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
“Beşikdaş”da bütün gözlər sol cinah keçidinə çevrilib. Allsport.az saytı xəbər verir ki, “qara-ağlar” 5 mart tarixinə qədər uzadılan ara transferi qısa zamanda müdafiənin solunda möhkəmlətmə etmək istəyir.
“Mançester Yunayted”ə gedən Vout Veqhorstun boş qalan yerini Vinsent Əbubəkərla dolduran “qara qartallar”, sonra Əmir Hacıəhmətoviç, Onur Bulud və Ömər Kolley ilə müqavilə bağlayıb və “Qaziantep”dən Aleksandru Maksimi icarəyə götürüb. İndiyədək edilən transferlərdən razı qalan texniki komitənin də sol cinah müdafiəçisinin gücləndirilməsini gözlədiyi bildirilib.
“Ağ-qaralar” mövsümün əvvəlində “Vest Hem”dən kirayələdiyi Artur Masuakuya tam sahib olmaq istəyir. Konqo əsilli fransalı futbolçunun daha 5 oyunda start heyətdə oynayacağı təqdirdə, onun icarə müqaviləsi üzrə satın alma məcburi olacaq. Belə olan halda, “Vest Hem”ə 2,2 milyon avro ödəyəcək “Beşikdaş” 29 yaşlı müsafiəçi ilə 3-illik yeni müqavilə imzalamalı olacaq.