- Baxış sayı: 95
- 20 Mart 2026 23:43
- Baxış sayı: 137
- Mart 19, 2026
- 0

Qətərdə futbol üzrə Dünya Kubokunda 2-ci tur sona çatmaqdadır. Allsport.az saytı xəbər verir ki, “H” qrupunda Cənubi Koreya – Qana oyunu bol qolla yadda qalıb.
İlk hissədə “qara ulduzlar” 2 top vuraraq fasiləyə rahat yollansa da, növbəti yarıda mübarizəyə yeni qoşulan Ço Qyu Sunq ardıcıl 2 dəfə fərqlənməklə (58, 61 dəq) hesabda tarazlıq yaradıb.
Lakin Qana millisi toparlanaraq qısa müddət sonra yenidən irəli çıxıb. Sonadək hesabı qoruyan afrikalılar növbəti mərhələyə adlamaq imkanını saxlayıblar.