“Qarabağ” 10-a, Qurbanov 9-a çatdı! “Köhlən atlar”dan rekord və ilk!  

Azərbaycan premyer liqasında çempionu bəlli olub. Allsport.az saytı xəbər verir ki, 34-cü turda “Səbail”in qonağı olan “Qarabağ”, 3:0 hesablı səfər qələbəsi ilə 1-ci yeri təmin edib. Ən yaxın izləyicisi “Sabah”la xal fərqini 10-a çatdıran Qurban Qurbanovun komandası sona 2 tur qalmış qızıl medalları qazanıb.

Bu, Ağdam klubunun 10-cu çempionluğudur. İlk uğuru 1993-cü ildə əldə edən bölgə təmsilçisi son 10 mövsümdə 9-cu dəfə qızıl medallara sahib çıxıb. 2008-ci ilin yayından komandanın sükanı arxasında olan Qurban Qurbanov 9-cu zəfərinə sevinib. “Qarabağ” bununla həm çempionlar liqasına vəsiqə qazanıb, həm də 5 çempionluğu ifadə edən ikinci ulduza yiyələnib.

Azərbaycan çempionatının bütün qalibləri:

1992. “Neftçi” (Bakı)
1993. “Qarabağ” (Ağdam)
1993/94. “Turan” (Tovuz)
1994/95. “Kəpəz” (Gəncə)
1995/96. “Neftçi” (Bakı)
1996/97. “Neftçi” (Bakı)
1997/98. “Kəpəz” (Gəncə)
1998/99. “Kəpəz” (Gəncə)
1999/2000. “Şəmkir”
2000/01. “Şəmkir”
2001/02. Yarımçıq qalıb
2002/03. Keçirilməyib
2003/04. “Neftçi” (Bakı)
2004/05. “Neftçi” (Bakı)
2005/06. “Bakı”
2006/07. “Xəzər Lənkəran”
2007/08. “İnter” (Bakı)
2008/09. “Bakı”
2009/10. “İnter” (Bakı)
2010/11. “Neftçi” (Bakı)
2011/12. “Neftçi” (Bakı)
2012/13. “Neftçi” (Bakı)
2013/14. “Qarabağ” (Ağdam)
2014/15. “Qarabağ” (Ağdam)
2015/16. “Qarabağ” (Ağdam)
2016/17. “Qarabağ” (Ağdam)
2017/18. “Qarabağ” (Ağdam)
2018/19. “Qarabağ” (Ağdam)
2019/20. “Qarabağ” (Ağdam)
2020/21. “Neftçi” (Bakı)
2021/22. “Qarabağ” (Ağdam)
2022/23. “Qarabağ” (Ağdam)

Həmin kateqoriyadan