- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının açıqladığı dünya klublarının reytinq cədvəlində “Qarabağ” 39-cu pillədə qərarlaşıb. Allsport.az saytı xəbər verir ki, komandamız 191,25 xala malikdir.
“Köhlən atlar” ötən cədvəldəki xallarını artırıb, hesabını 7,50 xal zənginləşdirib. 14 pillə irəliləyən Azərbaycan komandası ötən ay 183,75 xalla 53-cü idi.