- Baxış sayı: 100
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Ötən gün Türkiyəyə yola düşən “Qarabağ” artıq Antalyadadır. Allsport.az xəbər verir ki, Bakı – İstanbul – Antalya reysi ilə sözügedən bölgəyə çatan Ağdam klubu artıq komandamız üçün doğma olan “İC Santai” otelində məskunlaşıb.
Bu gündən etibarən isə “Qarabağ” təlim-məşq toplanşına başlayıb. Hazırlığın ilk günündə komanda fitnes zalında çalışmayla kifayətlənib. Məşq yerli vaxtla 11:00-da start götürüb. Komandanın treanjor zalında çalışması 1 saat davam edib.