“Qarabağ” – “Atletiko” oyununu fransalı hakimlər idarə edəcək

Çempionlar liqasının “C” qrupunda “Qarabağ” – “Atletiko” matçının hakimləri bilinib. Allsport.az saytı xəbər verir ki, UEFA Bakıda keçiriləcək oyunu fransalı hakimlər briqadasına həvalə edib.
Baş referi Ruddi Buke olacaq. Ona Jillom Debar və Frederik Kano kömək edəcəklər. Ehtiyat ədalət təmsilçisi Bertran Joannodur. Görüşdə qapıların yanında Amauri Delerue və François Letexye dayanacaqlar.
Bu komandalan arasında görüş oktyabrın 18-də Bakı olimpiya stadionunda saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan