- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Çempionlar, Avropa və konfrans liqalarında bu mövsüm ən az qol buraxan komandalar məlum olub. Allsport.az saytı xəbər verir ki, siyahıda “Qarabağ” da yer alıb. Ağdam təmsilçisi “G” qrupunda 4 matçda 2 qol buraxıb.
Bu, komandanın 1-ci turda Almaniyada “Frayburq”a 1:2 uduzduğu görüşə təsadüf edib. “Köhlən atlar” bu göstəricidə “Real”, “Çelsi”, “Bavariya” ilə birgə 7-10-cu pillələri bölüşdürür.
Bizlə eyni qrupda yer alan “Frayburq” 1 qolla “Mançester Siti”, “Arsenal”, “Real Sosyedad”la bahəm 3-6-cıdır.
Siyahıya qapısında qol görməyən “Başağşəhər” və “Brügge” başçılıq edirlər.