- Baxış sayı: 9
- 24 Noyabr 2024 10:54
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, “Qarabağ” son mücadilədə paytaxtda Moldovanən “Şerif” klubunu qəbul edib.
Komandamız səfərdə keçirdiyi zəif oyunla müqayisə də (0:1), evdə gözəl oyun göstərib. “Köhlən atlılar” ilk hissədə 2 top vuraraq minimum vəzifəni yerinə yetirib. Müdafiəçilər Maksim Medvedev (9 dəq) və Donald Gerye (42 dəq) fərqləniblər.
Ağdam təmsilçisi növbəti yarıda da təşəbbüsü özündə saxlayıb. Əks-hücumda Filip Ozobiç (55 dəq) uzuqdan mükəmməl zərbə vurub – 3:0. Qalan dəqiqələrdə qol vurulmayıb və “Qarabağ” 2 görüşün nəticəsinə görə qrup mərhələsinə adlayıb. Bu, komandamızın ardıcıl 5-ci avrokubok uğurudur.