- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Vyana şəhər liqasında çıxış edən “Qarabağ” mübarizənin başa çatmasına üç tur qalmış çempionluğu təmin edib. Allsport.az saytı xəbər verir ki, 16 komandanın yarışdığı rəqabətdə 67 xalla cədvələ öndərlik edən “atlılar”la 2-ci yerdə olan “Mannsvört” klubu arasında 12 xal fərq var.
AzərTAc-ın məlumatına görə, azərbaycanlıların yaratdığı “Qarabağ” futbol klubu ötən il Avstriyanın 2-ci Landesliqasında çempion olub. Bu il Vyana şəhər liqasına yüksələn klub mövsüm ərzində gözlənilməz uğura qazanaraq, debüt etdiyi liqanın qalibi adını qazanıb.
Sözü gedən qələbənin ardınca “Qarabağ” növbəti yarış mövsümündə Şərq regional liqasında çıxış edəcək. Bundesliqa və 1-ci liqadan sonra bu dəsyə ölkənin 3-cü ən güclü liqasıdır.
Klub Azərbaycan və Avstriya arasında dostluq münasibətlərini möhkəmləndirmək məqsədi ilə yaradılıb. Vyana klubunun idarə heyəti 4 Azərbaycan və 2 Avstriya vətəndaşından ibarətdir.