- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Çempionlar liqasının 3-cü ələməsində “Qarabağ” – BATE oyununun türk əsilli isveçli yan xətt hakimi “Ekspressen” qəzetinə dramatik və qalmaqallı açıqlamaları ilə gündəmə düşüb. Allsport.az saytı xəbər verir ki, anası Beyrut doğumlu Məhməd Məhəmməd Qulumun ailəsi Liviyada yaşayıb. 1990-cı illərdə müharibə səbəbiylə İsveçə köç etməyə qərar verdikdən sonra, atası qohumlarından borc alıb və ailəsini ora göndərib. Aldığı borcu qaytarmalı olan ata Qulum uzun illər Türkiyədə qalıb işləməli olur.
Ailəni tanımayan insanlar İsveç polisinə şikayət edib və onları Liviyadan başqa Türkiyə pasportlarının olduğunu bildiriblər. Bu səbəbdən, İsveç Miqrasiya İdarəsi Qulum ailəsini Türkiyəyə deportasiya qərarı çıxarıb. Son anda qardaşının xərçəng xəstəsi olduğu haqqında həkim rəyi və həmin həkimin tələbi əsasənda ailəyə humanitar oturum icazəsi verilib.
Yan xətt hakimi Məhməd Məhəmməd İsveç liqasının 230 oyununu idarə edib. Dünya və Avropa çempionatları, çempionlar liqası kimi turnirlərə təyinatlar almış Qulum düzgünlük tərəfdarı olduğunu “Ekspressen”nə bildirdiyi əsnada, bomba effekti yaradan bir etirafı dilə gətirib: “Oyunların birində aşkar offsayt vəziyyətində vurulan topu qol olaraq qeydə alınmasına səbəb olmuşam”. 35 yaşlı hakimin böyük yarışlarda təyinatlar alındığını nəzərə alsaq, gələcək karyerasında etirafının qurbanı ola biləcəyi ehtimaldır.
Mansur Dadaşov, İsveç