- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 122
- Fevral 06, 2026
- 0

Çempionlar liqasının qrup mərhələsində “Qarabağ” – “Çelsi” matçının hakimləri bəlli olub.
Allsport.az saytı xəbər verir ki, UEFA bu görüşü portuqaliyalı hakimlər briqadasına tapşırıb. Oyunun baş referisi Manuel De Souza olacaq. Ona yan xətlərdə Alvaro Meskita və Rikardo Santos kömək edəcəklər.
Əlavə hakim köməkçiləri Fabio Verissimo və Luis Qodinyodur. Altıncıhakim funksiyasını isə Nuno Pereyra yerinə yetirəcək. Noyabrın 22-də Bakı olimpiya stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq.