- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 218
- Mart 30, 2026
- 0

“Qarabağ”ın Avropa liqasının qrup mərhələsində ev oyunlarının yeri dəyişdirilib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu rəqiblərini öncədən açıqlandığı kimi, “Tofiq Bəhramov”da deyil, Bakı olimpiya stadionunda qəbul edəcək.
Artıq bunu UEFA-nın rəsmi saytı da təsdiqləyib. Azərbaycan çempionu ilk ev matçı oktyabrın 4-də İngiltərənin “Arsenal” klubuna qarşı keçirəcək. Yarışın cari mövsüm üçün final görüşü gələn il mayın 29-da məhz bu stadionunda olacaq.