- Baxış sayı: 37
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Bu gün “Qarabağ” konfrans liqasının 1/16 finalının ilk oyununda Tofiq Bəhramov adına respublika stadionunda Belçikanın “Gent” klubuna 1:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, ilk hissə nisbi üstünlüyümüz ilə keçdi.
Növbəti yarıya da “köhlən atlar” fəal başladı və 11-metrlik cərimə zərbəsi qazandı. Amma Ramil Şeydayev penaltini qola çevirə bilmədi, rəqib qapıçı yaxşı oynadı.
77-ci dəqiqədə əks-hücumda sol cinahda Marko Yankoviç “Gent”in cərimə meydançasına iti bucaq altında hiyləgər ötürmə etdi. Əlverişli mövqedə dayanan Leandro Andrade topu qapıya göndərdi.
Cavab oyunu 1 həftə sonra qarşı tərədfə olacaq.