- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün “Qarabağ” çempionlar liqasının 2-ci ələməsinin ilk oyununda Polşada “Rakuv” (Çenstoxova) klubu ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, matçın ilk hissəsi qolsuz bitib. Qol yağışı 2-ci yarıda başlayıb.
Elvin Cəfərquliyevin avtoqolu (56 dəq) və Şahruddin Məhəmmədəliyevin səhvindən sonra Fabian Pyasetskinin (71 dəq) fəqrlənməsi ilə meydan sahibləri sevinsələr də, Redon Cicanın ardıcıl qolları (73 dəq və 75 dəq) hesabda tarazlıq yaradıb.
Təəssüf ki, “köhlən atlar” bu nəticəni sonadək qoruya bilməyib. Baş hakimin oyuna ardırdığı əlavə 6 dəqiqədə Sonni Kittel (90+1) qələbə topunu vurub. Buna qədər Ağdam klubu ardıcıl 2 yüzfaizlik qol fürsətini qaçırmışdı.