- Baxış sayı: 4
- 25 Noyabr 2024 13:46
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Oğul atasının baş məşqçilik etdiyi komandaya qol vurdu
Bu gün Premyer liqada 5-ci turun daha bir görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, Avroliqanın qrup mərhələsinin ilk görüşündə Londonda «Tottenhem»lə görüşən «Qarabağ», İngiltərədən birbaşa Gəncəyə uçub. Yol yorğunluğu sözünü desə də, sonda təcrübə qalib gəlib, Ağdam klubu «Kəpəz»i 3:2 hesabı ilə üstələyib.
Matçda susqunluğu 39-cu dəqiqədə Coşqun Diniyev açıb. O, atası Şahin Diniyevin baş məşqçisi olduğu komandaya 11-metrlik cərimə zərbəsindən qol vurub. 11 dəqiqə sonra ev sahiblərindən Bəxtiyar Soltanov hesabda bərabərlik gətirib.
50 və 74-cü dəqiqələrdə Samüel Armenteros ilə Elvin Məmmədov (p) müfafiq olaraq hərəyə 1 dəfə fərqləniblər. Hakimin görüşə artırdığı sonuncu dəqiqədə Şəhriyar Rəhimov hesabı minimuma endirib.