- Baxış sayı: 37
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın 11-ci gününü tək məşqlə başa vurub. Allsport.az saytı xəbər verir ki, günorta saatlarında hava şəraiti kəskinləşsə də, bu, Ağdam təmsilçisinin məşqinə mane olmayıb.
Axşam yerli vaxtla saat 19:00-da start götürən çalışma təxminən 1 saat 20 dəqiqə davam edib. Bu gün “köhlən atlılar” 3-cü yoxlama görüşündə Moskva “Dinamo”su ilə qarşılaşacaq. Matç yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) start götürəcək.