- Baxış sayı: 188
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 188
- Dekabr 05, 2025
- 0
“Qarabağ” Topaz Premyer Liqasında II dövrənin qalibi olub. Allsport.az xəbər verir ki, mövsümün ilk yarısını 1-ci yerdə başa vuran Ağdam təmsilçisi son 9 turda hamıdan çox – 18 xal toplayıb.
I dövrənin qalibi “Qəbələ”dən yalnız əlavə göstəricilərdə geri qalan Qurban Qurbanovun yetirmələri liderliyə II dövrədəki nəticələri ilə yüksəlib. Ağdamlılar burada hamıdan çox – 5 qələbə qazanıb, “Kəpəz” kimi 1 dəfə uduzub və hamıdan az – 4 top buraxıb. II dövrədə “Sumqayıt” hamıdan çox – 17 qol vurub. Ümumiyyətlə dövrənin 45 matçında 89 qol vurulub.
| 1 | Qarabağ | 5 | 3 | 1 | 11-4 | 18 |
| 2 | Neftçi | 4 | 3 | 2 | 11-8 | 15 |
| 3 | AZAL | 4 | 3 | 2 | 6-5 | 15 |
| 4 | İnter | 3 | 4 | 2 | 10-6 | 13 |
| 5 | Zirə | 3 | 4 | 2 | 8-7 | 13 |
| 6 | Kəpəz | 2 | 6 | 1 | 9-10 | 12 |
| 7 | Sumqayıt | 2 | 4 | 3 | 17-19 | 10 |
| 8 | Rəvan | 2 | 4 | 3 | 8-10 | 10 |
| 9 | Qəbələ | 1 | 5 | 3 | 7-9 | 8 |
| 10 | Xəzər Lənkəran | 1 | 0 | 8 | 2-11 | 3 |