FOTO
“Qarabağ” “işbaz”lara mane olmaq üçün polisi köməyə çağırdı

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la İsveçrənin “Yanq Boyz” klubu arasında baş tutacaq cavab qarşılaşmasının biletlərinin satışına bu gündən etibarən start verilib. Allsport.az xəbər verir ki, bilet satışının ilk günü olmasına baxmaraq, kassa önündə azarkeş növbəsi yaranıb.

Sevincidir haldır ki, azarkeşlərin hər biri bilet satışından razıdır və hər kəs kassaya sıra ilə yaxınlaşaraq biletini alır. “Qarabağ” rəhbərliyi azarkeşlərin oyuna olan böyük marağını nəzərə alaraq kassada gücləndirilmiş iş rejiminə keçib. Ağdam klubu tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib. Eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.

“Qarabağ” rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla “işbaz”ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsınız.

Həmin kateqoriyadan