- Baxış sayı: 95
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasiləylə əlaqədar olaraq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 12-ci turun “Xəzər Lənkləran”la oyunundan sonra komandasına istirahət vermişdi. Allsport.az xəbər verir ki, 3 günlük istirahət bu gün başa çatır və komanda sabahdan növbəti turda qarşılaşacağı “Kəpəz”lə oyunun hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, “Qarabağ” – “Kəpəz” qarşılaşması noyabrın 21-də keçiriləcək.