- Baxış sayı: 99
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Qarabağ” beynəlxalq futbol tarixi və statistikaları federasiyasının açıqladığı dünya reytinqində postsovet məkanı klublarının siyahısına başçılıq edir.
Allsport.az xəbər verir ki, dünyada 61-ci, Avropada isə 35-ci pillədə qərarlaşan Azərbaycan çempionu keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik olmaqda davam edir.
Hesabında 144,5 xal olan Qurban Qurbanovun yetirmələri hətta dünyanın ilk “100-lüy”ünə düşən yeganə postsovet məkanı klubudur. Ağdam təmsilçisinin ən yaxın izləyicisi olan Ukrayna “Şaxtyor”u (Donetsk) 78-ci yerdən 106-cı pilləyə düşüb.