- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 143
- Mart 30, 2026
- 0

Çempionlar liqasında yoluna davam edən “Qarabağ”ın avrokubokda ehtimal rəqibləri bilinib. Allsport.az saytı xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində pley-off mərhələsinin püşkatması olub.
3-cü təsnifat mərhələsində BATE (Belarus) ilə görüşücək “köhlən atlılar” bu rəqibini keçsə, pley-offda Niderlandın PSV klubu ilə qarşılaşacaq.
Ağdam təmsilçisi BATE səddini keçə bilməsə, mübarizəni Avropa liqasında davam etdirəcək. “Qarabağ”ın burdakı rəqibi “Şerif” (Moldova) – “Valyur” (İslandiya) cütünün qalibi olacaq.
Avroliqanın pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da keçiriləcək.