- Baxış sayı: 26
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən yaxşı klublarının adlarını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, ötən ilin yekunlarına əsasən, tərtib olunan cədvəldə ən yaxşı 404 komanda yer alıb.
Siyahıda Azərbaycan bir klubla təmsil olunub. Bu, son illərin dəyişməz ölkə çempionu “Qarabağ”dır. 2018-ci ildə çempion titulunu qazanan və Avropa liqasının qrupuna düşən Qurban Qurbanovun drujinası 137-ci yerə şərikdir. Ağdam klubu bu mövqeyi Argentinanın “Estudiantes” klubu ilə bölüşür.
“Qarabağ” 2018-ci ildəki nəticələrinə əsasən, 112 xal toplayıb. Planetin 137-cisi olan çempionumuz ötən ilki cədvəllə müqaysədə geriləyib. Belə ki, 2017-ci ilin yekunlarının açıqlandığı bir il əvvəlki siyahıda Ağdam klubu 94-cü yerdə qərarlaşmışdı. 43 pillə geriləməsinə baxmayaraq, “Qarabağ” dünyanın ən yaxşıları arasında Azərbaycanın yeganə təmsilçisidir. Ötənilki siyahıda yer alan digər iki təmsilçimiz – “Qəbələ” və “Zirə” cədvəli tərk edib.
İkinci “100-lük”də olan ölkə çempionu bir sıra tanınmış klubları arxada qoyub. Onlar arasında “Qalatasaray”, “Bazel”, “Feyenord”, “Penyarol”, “Sent-Etyenn”, “Atletiko Mineyro” kimi nəhənglər yer alıb.
Ümumilikdə, siyahıda yeni lider peyda olub. Madrid “Atletiko”su tarixində ilk dəfə İFFHS tərəfindən ilin ən yaxşısı hesab olunub. 289 xala malik Diqeo Simeonenin komandası ötən il çempionlar liqası və dünya çempionatının qalibi olan “Real”ı 5 xal qabaqlayıb.
Matç.az-ın məlumatına görə, 3-cü pillədə isə sürpriz ad var. 278 xala malik Avstriya “Zalsburq”u dünya 3-cüsüdür. Qeyd edək ki, qonşu Türkiyə klublarından “Beşikdaş” 54-cü, “Fənərbağça” 107, “Qalatasaray” 147, “Başakşəhər” 208, “Ağhasar” isə 217-cidir.