- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 503
- Mart 30, 2026
- 0

Konfrans liqasının qrup mərhələsinin III turundan sonra statistik göstəricilər açıqlanıb.
Allsport.az xəbər verir ki, “Qarabağ” 3 oyundan sonra turnirdə topa ən çox nəzarət edən klubdur.
Ağdam təmsilçisi 64 faiz göstərici ilə bu nominasiyada liderdir.
Niderlandın AZ (59.7) komandası 2-ci, Çex Respublikasının “Slaviya” (Praqa) (58,7) klubu isə 3-cü sıradır.
Bundan əlavə, “köhlən-atlar” 3 qarşılaşmada 84,7 faiz dəqiq ötürmə ilə oynayıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu göstəricidə 5-cidir.
Azərbaycan təmsilçisi bütün görüşlərdə 54 dəfə qol epizodu yaradıb ki, bu da turnirdəki komandalar arasında 3-cü nəticədir.