“Qarabağ” – “Kopenhagen” görüşünü məşhur italiyalı FİFA hakimi idarə edəcək
14 avqust 2017 / 10:29 Baxış sayı: 850 “Qarabağ”ın çempionlar liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilk oyununa təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Paolo Talyaventonun başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.
45 yaşlı məşhur FİFA referisinə Alessandro Calyatini və Alessandro Kostantso yan xətt, Massimiliano İrrati və Antonio Damato əlavə köməkçi, Filippo Meli isə dördüncü hakim qismində kömək edəcəklər.
Hakim-inspektor avstriyalı Frits Stuxlik, UEFA nümayəndəsi bolqarıstanlı Andrey Medintsev olacaq.
“Qarabağ”la “Kopenhagen” arasındakı ilk oyun avqustun 15-də keçiriləcək və saat 20:00-da start götürəcək.