- Baxış sayı: 5
- 28 Noyabr 2024 13:41
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
Azərbaycan premyer liqasında VII tura yekun vurulub.
Allsport.az xəbər verir ki, turun və I dövrənin son oyununda “Qarabağ” “Sabah”ın qonağı olub. Masazırdakı “bank respublika arena”da keçirilən görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
27-ci dəqiqədə Ramin Quliyevin baş məşqçi olduğu komanda azlıqda qalıb. Paraqvaylı hücumçu Xulio Sezar Rodriges “köhlən atlar”ın qapıçısı Şahruddin Məhəmmədəliyevə ayağı ilə zərbə endirdiyi üçün meydandan qovulub. Matçda hesab 44-cü dəqiqədə açılıb. Qonaqların yarımmüdafiəçisi Filip Ozobiç fərqlənib. İlk hissə bu hesabla başa çatıb.
İkinci yarıda da hücumlarını davam etdirən “Qarabağ” 51-ci dəqiqədə Abdullah Zubirin qolu ilə fərqi 2 topa çatdırıb. 65-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Aleksey İsayev buraxılan qollardan birinin əvəzini çıxıb.
Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Qarabağ” zirvədəki yerini möhkəmlədib. 1 xalı olan “Sabah” isə sonuncu pillədə qalıb.