- Baxış sayı: 156
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 156
- Dekabr 05, 2025
- 0

Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Tottenhem” klubunun qonağı olan “Qarabağ” artıq vətənə qayıdıb. Allsport.az xəbər verir ki, Ağdam klubu Londondan birbaşa Gəncəyə yollanıb.
Qurban Qurbanovun komandası Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində məhz “Kəpəz”in qonağı olacaq. Bu üzdən də ağdamlılar birbaşa Gəncəyə getməyə üstünlük veriblər.
Qeyd edək ki, “Tottenhem”ə 1:3 hesabıyla uduzmuş “Qarabağ”ın “Kəpəz”lə oyunu sentyabrın 20-də keçiriləcək və saat 16:30-da start götürəcək.