- Baxış sayı: 38
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
UEFA-nın ədalətli oyun və sosial məsuliyyət komitəsinin sədri Elxan Məmmədov, ali qurumun icraiyyə komitəsinin videokonfransına qoşularaq, rəhbərlik etdiyi komitənin illik fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.
Allsport.az saytı xəbər verir ki, məruzədə digər məsələlərlə yanaşı, konfrans liqasında bu il fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel” oyununda qeydə alınmış feyr pley hadisəsi xüsusi olaraq UEFA icraiyyə komitəsinin üzvlərinin diqqətinə çatıdırılıb.
Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və qol qərarı ləğv edilmişdi. Bu məsələ UEFA-nın ədalətli oyun və sosial məsuliyyət komitəsinin martın 14-də keçirilən iclasında da müzakirə olunmuşdu.