- Baxış sayı: 93
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Monako” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub. Allsport.az xəbər verir ki, “Qarabağ”ın baş məqçisi Qurban Qurbanov və bir futbolçu bu gün saat 16:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında media mənsublarının suallarını cavablandıracaq.
“Monako”nun baş məşqçisi Leonardo Jardim isə 17:15-də mətbuat konfransında iştirak edəcək.
“Qarabağ”ın açıq məşqi 18:45-də Suraxanıdakı bazasında olacaq. Məşq media mənsubları üçün 15 dəqiqə açıq olacaq.
“Qarabağ”:
Mətbuat konfransı – 16:30 (T.Bəhramov adına Respublika stadionu)
Məşq – 18:45 – (“Qarabağ”ın bazası, Suraxanı qəsəbəsi)
“Monako”:
Mətbuat konfransı – 17:15 (T. Bəhramov adına Respublika stadionu)
Məşq – 18:00 (T.Bəhramov adına Respublika stadionu)