“Qarabağ” – “Monako” matçı rumıniyalı hakimlərə tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”la Fransa “Monako”su arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Allsport.az xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan Pavel Kristian Balay idarə edəcək.

Maraq üçün qeyd edək ki, Balay artıq “Qarabağ”ın iştirakı ilə keçirilən oyunda idarəçilik edib. O, 2010-cu ildə ağdamlıların Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə səfər matçında baş hakim olub.

Rumıniyalı hakim “Neftçi” ilə Gürcüstanın “Çixura” klubu arasında 2014-cü ildə Avroliqanın üçüncü təsnifat mərhələsinin oyununu da idarə edib.

Qeyd edək ki, “Qarabağ” – “Monako” matçı noyabrın 5-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan