“Qarabağ” “Monako”ya evdə də qalib gələ bilmədi

Bu gün Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən “Qarabağ” da qrupdakı növbəti oyununa çıxıb.

Ağdam klubu doğma meydanda Fransanın “Monako” klubu ilə qarşılaşıb. Səfərdə bu rəqibinə minimal hesabla uduzan təmsilçimiz qrupdan çıxmaq şanslarını artırmaq üçün knyazlıq təmsilçisini mütləq məğlub yola salmalıydı. Elə görüşdə hesabı da məhz ağdamlılar açıb. Amma qarşılaşmanın sonlarında qonaq komanda hesaba tarazlıq gətirməyə nail olub. Görüşdə başqa qol vurulmayınca, matç 1:1 hesabıyla başa çatıb.

Bu gün qrupun digər oyununda “Anderlext” (Belçika) səfərdə “Tottenhem”lə (İngiltərə) münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Avropa Liqası
J qrupu
4-cü tur
5 noyabr

“Qarabağ” – “Monako” – 1:1
Qollar: S.Armenteros, 39 (1:0). İ.Kavalyero, 72 (1:1).
Sarı vərəqə: Fabinyo, 51. S.Armenteros, 67. B.Silva, 89.
Baş hakim: Kristian Balay (Rumıniya).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana (70. Çumbinyo, 68), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (29. Raydell Pupon, 64), 67. Əlhərbi Əl-Jadeyui, 90. Samuel Armenteros.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 8. Mişel, 11. Elvin Məmmədov.
Baş məşqçi: Qurban Qurbanov.
“Monako”: 1. Daniyel Subaşiç, 2. Fabiano, 6. Rikardo Karvalyo, 13. Uallas, 24. Andrea Racci, 8. Joao Moutinyo, 10. Bernardo Silva, 20. Mario Paşaliç (17. İvan Kavalyero, 61), 28. Jeremi Tulalan (k), 19. Lasina Traore (21. Elderson, 78), 22. Stefan Əl-Şaaravi (11. Quido Karrilyo, 70).
Ehtiyat oyunçular: 16. Pol Nardi, 38. Almami Ture, 47. Kevin N`Doram, 41. Yoan Andzuana.
Baş məşqçi: Leonardo Jardim.

Həmin kateqoriyadan