- Baxış sayı: 23
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 91
- Noyabr 25, 2024
- 0
“Qarabağ” hazırlıqlara başlayıb. Allsport.az xəbər verir ki, Premyer Liqada milli oyunlar səbəbindən yaranmış fasiləylə əlaqədar olaraq baş məşqçi Qurban Qurbanov futbolçulara 3 günlük icazə vermişdi.
Ötən gün komanda Premyer Liqanın növbəti turunda qarşılaşacağı “Kəpəz”lə oyunun hazırlıqlarına start verib. Komandanın çalışması 15:00-da başlayıb və 1 saat davam edib. Məlum səbəbdən ağdamlılar tam heyətlə məşq edə bilməyib. Fərqli millilərə 12 futbolçu göndərən “Qarabağ”da zədəlilərin də olması məşqin natamam heyətlə baş tutmasına səbəb olub.
Ağdam klubu bu gün də 1 məşqlə hazırlıqlarına davam edəcək.