- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Allsport.az xəbər verir ki, Azərbaycan premyer liqasının 32-ci turuna “Neftçi” – “Qarabağ” oyunu ilə yekun vurulub. “Bakcell arena”da gərgin görüşdə Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib. Flaqman bu dəfə də “köhlən atlar”ı yenə bilməyib. Əvvəlki 3 oyunda “ağ-qaralar” cəmi 1 xal qazana bilib.
“Neftçi” – “Qarabağ” – 2:4
Qollar: Mateus Saldanya, 40, Emin Mahmudov, 64-penalti – Ramil Şeydayev, 10, Leandro Andrade, 16, Mateus Saldanya 54-avtoqol, Abdullah Zubir, 79
Birbaşa qırmızı vərəqə: Voislav Stankoviç, 30 – “Neftçi”.