- Baxış sayı: 20
- 28 Noyabr 2024 12:16
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
Azərbaycan premyer liqasında IX turun daha bir oyunu keçirilib. Allsport.az xəbər verir ki, günün 2-ci martçında “Qarabağ” son çempion “Neftçi”ni qəbul edib.
“Azersun arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə “köhlən atlar” daha üstün başlayıb. 10-cu dəqiqədə Filip Ozobiç meydan sahiblərini hesabda önə keçirib. 4 dəqiqə sonra isə Abdullah Zubir “ağ-qaralar”ı növbəti dəfə mərkəzə dəvət edib. Ozobiç 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə özünün 2-ci, komandasının isə üçüncü qolunu vurub.
“Neftçi”nin müdafiəçisi Ömər Buludov 37-ci dəqiqədə zədələndiyi üçün görüşə davam edə bilməyib. Onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub. 90+2-ci dəqiqədə Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran “Qarabağ” vahid lider olub. Qonaqlar isə 17 xalla 2-ci sıradadır.