- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 502
- Mart 30, 2026
- 0

“Qarabağ” Antalyada toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, Qurban Qurbanovun komandası günü 2 məşqlə tamamlayıb. İlk çalışma fitnes zalında tutub və təxminən bir saat davam edib.
Günün 2-ci hazırlığı saat 18:00-da start götürüb. Futbolçular ilk hissədə isinmə hərəkətlərindən sonra müəyyən fiziki təmrinləri və toplu çalışmaları yerinə yetirib.
Yağışlı hava şəraitində baş tutan məşqin ikinci hissəsində isə komanda 3 qrupa bölünüb və ikitərəfli oyun oynayıb. Bu dueldə isə “bozlar” qalib gəlib.