“Qarabağ” öz uğurunu təkrarladı

Premyer Liqanın 32-ci turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 9-cu qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu sonuncu dəfə 32-ci turda xal itirib.

Fevralın 27-də “İnter”lə səfər oyununda 1 xalla kifayətlənən (1:1) ağdamlılar 65 gündür xal itirmir. Bu müddətdə çempion “Zirə” və “Sumqayıt”ı 2:0, “Qəbələ”ni 2:1, “Rəvan”ı 5:1, “Xəzər Lənkəran”ı 2:1, “Kəpəz”i 4:0, “Neftçi”ni 2:1, “İnter”i və yenidən “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. 9 qələbə zamanı 23 qol vuran komanda 4 top buraxıb.

Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Belə ki, əyalət klubunun Azərbaycan çempionatları tarixindəki ən uzun qələbə seriyası da 9-a bərabər idi. 2010-2011-ci illərdə Qurban Qurbanovun yetirmələri indiki kimi ardıcıl 9 matçda 3 xal qazanmışdı.

2010/11 mövsümündə “Neftçi”yə iki məğlubiyyətin (0:1, 0:2) arasında növbə ilə “İnter”lə “Simurq”u 1:0, “Muğan”ı 2:0, “Xəzər Lənkəran”ı 2:1, “Qəbələ”ni 3:0, “Kəpəz”i 1:0, “Turan”ı 5:1, “İnter”i 2:0, AzAL-ı 1:0 hesabı ilə məğlub edib, 9 oyunda ümumi 18:2 hesabı ilə qalib gəlmişdi.

Həmin kateqoriyadan