- Baxış sayı: 6
- 05 Dekabr 2025 19:17
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

“Yagelloniya”nın qapıçısı Luka Quqeşaşvili “Qarabağ”a keçib. Allsport.az saytı xəbər verir ki, 23 yaşlı qolkiperin Ağdam klubuna keçidi dəqiqləşib.
Polşa klubunu tərk edən Gürcüstan millisinin üzvü “Qarabağ”la 3 illik müqavilə imzalayıb. Azərbaycan klubunun transfer üçün qarşı tərəfə nə qədər ödədiyi açıqlanmayıb.
Luka son 2 ili icarə əsasında ölkəsinin “Dila” klubunda keçirib.