- Baxış sayı: 36
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Bu gün Azərbaycan premyer liqasının 25-ci turunda “Qəbələ” – “Qarabağ” oyunu keçirilib.
Allsport.az xəbər verir ki, oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib.
Hesabı 31-ci dəqiqədə İsnik Alimi (“Qəbələ”) açıb. 38-ci dəqiqədə Ramil Şeydayev penaltidən hesabı bərabərləşdirib. Musa Qurbanlı 55-ci dəqiqədə Ağdam klubunu önə keçirib. Son nöqtəni 68-ci dəqiqədə Ramil penaltini dəqiq yerinə yetirməklə qoyub.
Hazırda “Qarabağ” 65 xalla liderdir, “Qəbələ” isə 32 xalla 5-cidir.