Qarabağ qazisi: “Ölkəmizdə belə bir nüfuzlu yarışdan fərəh hissi duyuyam”

Allsport.az saytı xəbər verir ki, Bakı şəhər halqasının dəvəti ilə Azərbaycan qran prisini izləyənlər arasında 1-ci və 2-ci Vətən müharibəsi qaziləri və şəhidlərin doğmaları var. Bu gün təşkilatçılar KİV-ə onların bir qismi ilə açıqlamaya şərait yaratdı. Baş leytenant Rafiq Rəhimov, Suqovuşanda şücaət göstərib və ağır döyüşlərdə yaralanıb. O, Formula-1-in yüksək səviyyədə keçirildiyini bildirdi:

“Ölkəmizdə belə bir nüfuzlu yarışdan fərəh hissi duyuyam, iştirakçılara uğurla arzulayıram. Gerçəkdən də, gözəl tədbirdir. Mən Suraxanı rayonunun qazisiyəm. Bizi xüsusi avtobusla buraya gətiriblər. Hər zamankı kimi, diqqət və qayğı yüksəkdir. Allah şəhidlərimizə rəhmət eləsin”.

Həmin kateqoriyadan