- Baxış sayı: 27
- 26 Noyabr 2024 20:23
- Baxış sayı: 49
- Noyabr 26, 2024
- 0
Bu gün Premyer liqada 14-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, ilin son turunun bütün görüşlər eyni gündə baş tutub və bununla da komandalar qış fasiləsinə yollanıblar.
Öncə meydana “Qəbələ” və “Kəpəz” klubları çıxıblar. Qarşılaşmanın taleyini 3 penalti həll edib. Meydan sahibləri ələ düşən şansları istifadə ediblər – 2:1.
“Sumqayıt” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Matç “kimyaçılar”ın qələbəsi ilə bitib (1:0). Paytaxt derbisində “Neftçi” AzAL komandası ilə qarşılaşıb. Bu oyunun taleyini də bir qol həll edib, “təyyarəçilər” cari mövsümdə ilk uğuru yetişib – 1:0.
Nəhayət, turun mərkəzi matçı lider “Qarabağ” və “İnter” klubları arasında baş tutub. Bu görüşdə tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər (0:0). Buna baxmayaraq, son üç mövsümün qalibi “Qəbələ”ni 1 xal qabaqlayaraq, qış fasiləsinə qalib kimi yollanıb.