- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Qarabağ” klubu Antalyada qış təlim-məşq toplanışının 8-ci günündə komandamız günün ilk məşqinə çıxıb. Allsport.az saytı xəbər verir ki, yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 12:00) start götürən hazırlıq təxminən 60 dəqiqə davam edib.
Bu məşq daha çox topsuz çalışmalara həsr olunub. İsinmə hərəkətlərinin ardından futbolçularımız fiziki təmrinlərlə məşğul olub.