“Qarabağ”ın qrup mərhələsini adlamaq imkanı son tura qaldı

Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyununda “Qarabağ” Libereçdə “Slovan” komandası ülə üz-üzə gəlib. Allsport.az saytı xəbər verir ki, “J” qrupunun görüşündə Bakıda olduğu kimi hesabı yenə qonaqlar açıdılar. Əks-hücumda 11-ci dəqiqədə Eqon Vux topu tora qovuşdurdu. Ölkə çempionumuzun bir neçə dəfə hesabı bərabərləşdirmək imkanı olsa da, sonda dəqiqlik çatmadı.

2-ci yarıya “Qarabağ” yaxşı başladı. Müərəm Müərəmin qəfil zərbəsində top azacıq qapıdan aralı keçdi. Ev sahibləri hücumun birində 11-metrlik cərimə zərbəsi qazandı, 57-ci dəqiqədə Nikolay Komliçenko fərqləndi. Baş məşqçi Qurban Qurbanov 2 dəqişiklik etdi. Öncə Əfran İsmayilov, sonra Reynaldo meydana daxil oldu.

Amma kapitan Rəşad Sadıqovun yoxluğu müdafiədə öz sözünü dedi. 63-cü dəqiqədə 2-ci qolun müəllifi nəzarətsiz halda topu asanlıqla qapıya göndərdi. Oyunun sonrakı vaxtında hesab dəyişmədi və “Slovan” qrup mərhələsində ilk qələbəsini qazandı. Qrupumuzda digər matçda “Foirentina” evdə PAOK-a uduzub – 2:3.

 Kamran HACI, Liberets (Çex Respublikası)

 

Həmin kateqoriyadan