“Qarabağ” reytinqdə irəlilədi

Beynəlxalq futbol tarixi və statistikaları federasiyası klubların yeni reytinq cədvəlini tərtib edib.

Allsport.az xəbər verir ki, yenilənmiş siyahıda “Qarabağ” 69-cü pillədən 60-cı sıraya yüksəlib.

Azərbaycan çempionunun aktivində 200 xal var.

“Sabah” 96 xalla 224-cü sıradan 211-ə qalxıb. “Zirə” (63 xal) 389-cu pillədən 418-ə, “Araz-Naxçıvan” (59) isə 456-dan 468-ə düşüb.

Cədvələ 595 xalla PSJ başçılıq edir.

Həmin kateqoriyadan