- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Bu gün daha 3 klubumuz təlim-məşq üçün Türkiyəyə səfər ediblər. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”, “Sabah” və “Sumqayıt” eyni təyyarə ilə Antalyaya yola düşüblər.
Adı ilk çəkilən təmsilçimiz yanvarın 14-ü “Qaz Metan” (Rumıniya), yanvarın 21-i “Şlyonsk Vroçlav” (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə qarşılaşacaq.
Ayın 21-i və 25-i isə daha iki oyun nəzərdə tutulub. Komandamız səhər saatlarında Serbiyanın “Batska Topola” və Slovakiyanın “Tatran” klubları ilə üz-üzə gələcək.
“Sabah” isə yanvarın 15-də Macarıstanın “Pakş”, 25-də isə Serbiyanın “Mladost” (Luçani) komandaları ilə qarşılaşacaq.
“Kimyagərlər” hazırlıq çərçivəsində 16, 19 və 22 yanvar tarixlərində 3 yoxlama oyunu keçirəcək. Rəqiblərin kimliyi hələ dəqiqləşməyib.
Öncə “Zirə” və “Neftçi” Antalyaya yollanıb.