- Baxış sayı: 42
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 134
- Fevral 06, 2026
- 0

Avropa liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində “Qarabağ” – “Şerif”” (Moldova) oyunundan öncə mətbuat konfransları və son məşqlərin vaxtı bilinib. Allsport.az saytı xəbər verir ki, Qurban Qurbanov avqustun 29-u “Azərsun arena”da saat 18:10-da KİV önünə çıxacaq.
Komandamızın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubuun bazasında baş tutacaq. İlk 15 dəqiqə mətbuat və azarkeşlər üçün açıq olacaq.
Rəqib komandanın baş məşqçisi saat 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. “Şerif”in son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.