- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün konfrans liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da növbəti matçına bu gün çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanın “Kayrat” komandasını qəbul edib. Tofiq Bəhramov adına respublika stadionunda keçirilən matç Azərbaycan təmsilçisinin əzmkar qələbəsiylə başa çatıb.
“Qarabağ” konfrans liqasının “H” qrupunda “Bazel” (İsveçrə), “Omoniya” (Kipr) və “Kayrat”la mübarizə aparır. Ağdam təmsilçisi 3 turdan sonra 7 xalla liderdir.
“H” qrupu çərçivəsində bu gün daha bir qarşılaşma keçiriləcək. “Bazel” doğma meydanda “Omoniya”nı qəbul edəcək.
Konfrans liqası, qrup mərhələsi, 3-cü tur
21 oktyabr
“H” qrupu
Qarabağ – Kayrat (Qazaxıstan) 2:1
Qol: R.Şeydayev, 79. A.Hüseynov, 90+1 – X.Kante, 19-pen.