- Baxış sayı: 28
- 29 Yanvar 2026 12:57
- Baxış sayı: 180
- Yanvar 29, 2026
- 0

“Qarabağ” çempionlar liqasının əsas mərhələsində son oyununu keçirib. Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi VIII turda İngiltərədə “Liverpul”un qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:0.
Bu nəticədən sonra “Qarabağ” 10 xalla turnir cədvəlində 22-ci pillədə qərarlaşıb. Yeni qaydaya əsasən, ilk 24 yerin sahibi mübarizəni davam etdirdiyi üçün “köhlən atlar” pley-offa adlayıb.
Bu nəticə ilə “Qarabağ” çempionlar liqasında bu mərhələyə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb. “Qarabağ”ın mümkün rəqibləri PSJ və “Nyukasl”dır.