- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 126
- Fevral 06, 2026
- 0

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin altı iştirakçısı bəlli olub. Allsport.az xəbər verir ki, bu gün baş tutan 1/8 final mərhələsinin altı oyununda qalib gələn “İnter”, “Sumqayıt”, “Zirə”, “Xəzər Lənkəran”, “Neftçi” və “Qarabağ” adını növbəti mərhələyə yazdırıb.
Artıq 1/4 finalda üz-üzə gələcək iki cütlük də bəllidir. Belə ki, “Xəzər Lənkəran” növbəti mərhələdə əzəli rəqibi “Neftçi” ilə, “Qarabağ” isə “Sumqayıt”la qarşılaşacaq.
“İnter”lə “Zirə”nin isə rəqibi hələlik, tam dəqiqləşməyib. “İnter”i “Rəvan” – “Bakı”, “Zirə”ni də “Qəbələ” – “Mil-Muğan” cütünün qalibi ilə duel gözləyir.