- Baxış sayı: 24
- 28 Noyabr 2024 11:23
- Baxış sayı: 39
- Noyabr 26, 2024
- 0
Bu gün Azərbaycan premyer liqasında X turun növbəti oyunları keçiriləcək.
Allsport.az xəbər verir ki, “Zəfər turu”na 2 qarşılaşma ilə yekun vurulacaq.
Günün ilk matçında “Səbail” “Qəbələ”ni qəbul edəcək. Paytaxt klubu 9 xalla 7-ci, əyalət təmsilçisi 15 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar premyer liqada indiyədək 16 dəfə üz-üzə gəliblər. Bunların 7 də qonaqlar, 4 də isə “dənizçilər” meydanı 3 xalla tərk edib. Topların fərqində də “qırmızı-qaralar”ın aşkar üstünlüyü var – 29:16.
Tura “Sumqayıt” – “Qarabağ” görüşü ilə yekun vurulacaq. Ağdam klubu 20 xalla liderdir, “gənclik şəhəri” təmsilçisi 11 xalla 5-ci yerdədir. Tərəflər ölkə çempionatlarında 36 dəfə qarşılaşıblar. Meydan sahibləri 5, qonaqlar isə 26 qələbə qazanıb. 5 oyunda isə qalib müəyyənləşməyib. “Qarabağ” son 6 oyundur rəqibinə uduzmur. “Sumqayıt” isə son 3 ev matçında xal qazanıb.
Azərbaycan premyer liqası
X tur
7 noyabr (bazar)
19:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital bank arena”
15:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO arena”
“Zəfər turu”nun digər qarşılaşmalarında “Keşlə” evdə “Neftçi”ni 3:2 hesabı ilə üstələyib. “Sabah” – “Zirə” görüşündə isə heç-heçə qeydə alınıb – 3:3.